Page 177 - Pure Life 05
P. 177
İnternetin faydası, zərərləri və zərərlərindən qorunma yolları / 233
- Komputer ya notebookunuz üçün sınanmış yaxşı
bir filtr proqramı yükləyin. Bununla da həm
özünüz, həm övladlarınız üçün istifadə edə
biləcəyiniz faydalı səhifələri müəyyənləşdirərək,
zərərli səhifələri blok edə bilərsiniz.
- Komputer ya notebookunuzu hər kəsin görə
biləcəyi yerdə quraşdırmaq lazımdır ki, daha
faydalı istifadə edilsin. Yəni, başqalarınıın
görməsindən narahat olunacaq zərərli
görüntülərə baxmaq imkanı olmasın.
- Monitorun arxası divara şəkildə yerləşdirin.
Monitorun ekranını gizlədəcəyiniz şəkildə
yerləşdirməyiniz ailəniz və övladlarınızın onlara
güvənmədiyiniz mənasına gələ bilər.
- Ailəliklə internetdə vaxt keçirəcəyiniz saat limiti
təyin edin və ilk öncə bu qaydaya özünüz əməl edin.
Bununla ailənizə çox gözəl örnək ola bilərsiniz.
- Özünüz də daxil olmaqla evdə tək olduğunuz
vaxtlarda internetdən istifadə etməyin, bununla
övladlarınıza çox gözəl nümunə ola bilərsiniz.
- Evinizdə internet ola-ola övladınız hələ də
internet klublara gedirsə, bunun səbəbini
mehribancasına ondan öyrənməyə çalışın. Əgər
evdə internet üçün təyin etdiyiniz vaxtın qısa
olmasından dolayı, internet klublara gedirsə,
internet saatını biraz artıra bilərsiniz. Çünki,
internet kluba gedən bir uşaq bir çox pis
vərdişlərə yiyələnə bilər.
- Övladlarınızın internet vasitəsilə tanıdığı səmimi
dostlarını tanımağa çalışın, mümkünsə ailəvi
şəkildə əlaqələriniz olsun.