Page 173 - Pure Life 05
P. 173
Sosial şəbəkələrin həyatımızdakı rolu və təsirləri/ 237
Bəzən həyat tərzi, baş verən hadisələr, çəkilən
imtahanlar insanın dünyagörüşünə, düşüncəsinə, əqli
sferasına bilavasitə təsir göstərir. İnsan öz fikirlərini
bölüşməyə kimisə axtarır, adi dildə desək dərdləşməyə
dost axtarır, maraqsız hesab etdiyi dünyasına maraq
qatmağa çalışır. Bəs bunun hansı zəzərləri ola bilər,
insanlar nə üçün yadlarla tanışlığa meyl edir? İnsan nə
üçün sahib olduğu dəyərlərə dəyər vermək istəmədən
zərəri böyük olan əməllər törədir?
İnsan mənəvi ehtiyaclarını ilahi zərurətdən uzaq
şəkildə ödəməyə cəhd edirsə böyük bir
məğlubiyyət əldə edər ki, bu da onun
psixologiyasına əks təsir göstərər. Məsələn, dərdini
deməyə Məbuddan öncə məxluqu seçən insan
əlbəttə ziyana düşər. İbadət zamanı vaxtını başqa
şeyə sərf edən əlbəttə peşmançılığa uğrayar.
Bildiyimiz kimi namaz ən vacib ibadət
formalarından birincisidir. Insan namaz vasitəsilə
Allah qarşısında əyilərək şəxsiyyətini ucaldır,
təkəbbürlükdən nisbətən uzaqlaşır, günahlardan
çəkinir, özünü tanımağa, sorğulamağa cəhd edir.
Əlbəttə burada kamil namazdan söhbət gedir.
Çünki naqis namaz insana müsbət keyfiyyət
qazandırmır, əksinə əməl dəftərini qara rəngə
boyayır. Namazı tərk etmək, vacib olduğunu bilə-
bilə qılmaq istəməmək, bütün bunların əvəzinə
vaxtını israf edərək sosial şəbəkələrdə vaxt keçirən
insanlar şübhəsiz Allaha və qarşısına çıxan çətin
suallara, problemlərə cavab verməli olacaq.