Page 175 - Pure Life 05
P. 175

Sosial şəbəkələrin həyatımızdakı rolu və təsirləri
                                                               1
                                Müəllif: İlahə Nəsirova (Azərbaycan)
                  Giriş
                  İnsan  kamil,  düşünən,  ünsiyyət  qurmağı  bacaran
                  Alim  və  Qadir  Yaradanın  yaratdığı  ali  varlıqdır.
                  Ünsiyyət  vasitəsilə  insanlar  fikirlərini  bir-birinə

                  çatdırır, ehtiyaclarını dilə gətirir, özünü ifadə edir,
                  ən  əsası  da  həyatındakı  müxtəlif  sahələrə  təsir
                  göstərir.  Ünsiyyətin  təsir  mexanizmindən  söz
                  düşmüşkən,       günümüzdə        milyonlarla      insanın
                  ünsiyyət    vasitəsinə  çevrilən  sosial  şəbəkələrdən
                  danışmaq daha məqsədəuyğun olardı.

                  Açar sözlər: Sosial şəbəkələrin, həyatımızdakı rolu, təsirləri

                  Sosial şəbəkələr sizin üçün nə ifadə edir?
                  Sosial  şəbəkələr  kimi  üçün  informasiya  mənbəyi,
                  kimi  üçün  maraq  obyekti,  kimi  üçün  ünsiyyət
                  vasitəsi, kimi üçün yaxın bir dost, kimi üçün asudə
                  vaxtının keçdiyi virtual məkan rolunu oynayır.
                     Bəs sosial şəbəkələrin insan həyatındakı rolu və
                  təsiri      nələrdir?      Əvvəlcə        biraz      insan
                  psixologiyasından sadə  və qısa şəkildə söz  açmaq
                  lazımdır.  Fikrimcə  hər  kəsin  özünəməxsus
                  psixologiyası var. Psixologiya ruh haqqında elmdir,
                  yəni  psixologiya  dedikdə  insanın  ruhi  aləmi
                  düçüncə tərzi, davranış forması başa düşülür.



                  1.  psixoloq,  Əl-Mustafa  Virtual  Uni-nin  magistratı,  Qum,  iran,
                  ilahekerim@mail.ru
   170   171   172   173   174   175   176   177   178   179   180