Page 180 - Pure Life 05
P. 180

(
                      /
                    230  PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)

                     Uşaqlardan  hansı  web  səhifələrdə  olduqları
                  soruşulduqda  isə  -  44%  pornoqrafik  səhifələrdə,
                  25%  radikal  fikirlər  yayan  qruplar  haqqında
                  səhifələrdə,        14%         partlayıcıların       necə
                  düzəldilməsinə aid səhifələrdə, 12% haradan silah
                  əldə  edə  biləcəklərini  məlumatını  verən  səhifələri
                  izlədikləri məlum olmuşdur.
                     Gənclərin  43%  valideynlərinin  onlara  internetlə
                  əlaqədar hər hansı bir qayda qoymadıqlarını, 31%
                  ailələrin  qoyduğu  qaydalara  nəzarət  etdiklərini,
                  26%  ailələrdə  isə  qaydalar  olsa  belə,  qaydalara
                  məhəl  qoyulmadığı  və  istədikləri  web  səhifələrə
                  girdikləri  müəyyən  olunmuşdur.  Gənclərin  78%-i
                  internetin faydalı olduğu qənaətindədir.
                     Digər  bir  təhlükə  isə,  virtual  yolla  qurulan
                  dostluqlardır. Bu yolla qurulan dostluqlarda hər cür
                  əxlaqa zidd davranışlar və pis niyyətli təkliflər ola
                  bilər.  Yenə  də  CNN/TİME  -ın  araşdırmasında
                  uşaqlara əxlaqsız təkliflərin gəldiyinə dair aparılan
                  sorğuda  qızların  58%i,  oğlanların  isə  39%i  "hə"
                  cavabını vermişdir.
                     İnternet son illər çox sürətlə yayılaraq həyatımız
                  hər sahəsinə nüfuz etmişdir. Son 10 ildə baş verən
                  bu  dəyişikliklər  ələxsus  iş,  təhsil  və  sosial
                  həyatımıza  da  yeniliklər  gətirdi.  Adət  edilən
                  münasibətlərdən  fərqli  olaraq  virtual  münasibətlər
                  insanların tənhalığına və yadlaşmasına səbəb olur.
                  Jest və mimikaların olmadığı bir ünsiyyət vasitəsi.
   175   176   177   178   179   180   181   182   183   184   185