Page 183 - Pure Life 05
P. 183
İnternetin faydası, zərərləri və zərərlərindən qorunma yolları / 227
Bəs vəziyyətdə uşaqlar nə edə bilərlər? - Virtual
təcavüzə məruz qalan uşaqlar ya gənclər "virtual
təvüzkarı" əngəlləyə (blok), cavab verməyə, bunu
başqalarına da deyib xəbərdarlıq etmək kimi
nümunəvi davrana bilərlər.
Amma təəssüflər olsun ki, çox zaman uşaqlar ya
gənclər internetdən məhrum ola biləcəklərini
düşündükləri üçün bu ailələrindən gizlədirlər.
Kitab oxuma vərdişimizin yoxa çıxması.
Son illər artıq məktəblərdə təhsilin tamamilə
elektron olması və şagirdlərin yalnız tabletlərlə
məktəbə gedib gəlməsi məsələsi üzərində işlənilir.
Hətta hədəfimiz "Çantasız və kitabsız təhsil"dir
deyənlər də var. Əbəttə internetin faydaları
danılmazdır, şagirdlər ağır çantalardan xilas olacaq.
Lakin, 6-7 yaşındakı bir uşaq internetlə
əlaqələrini düzgün tənzimləyə biləcəkmi? Kitab və
kitab mədəniyyətini aradan aparılmasına çalışmaq
çox təhlükəlidir.
Kokain və internetin beyinə zərəri eynidir
Mütəxəssislər həddindən artıq internetdə vaxt
keçirməyi asılılıq hesab etdiyindən təsirini kokainlə
eyni tuturlar. Hətta bunun müalicəsi üçün xüsusi
mərkəzlər də vardır.