Page 185 - Pure Life 05
P. 185
İnternetin faydası, zərərləri və zərərlərindən qorunma yolları / 225
2. Zərərli internet saytları istər böyüklər,
xüsusilə də uşaqlar üçün çox təhlükəlidir.
3. İnternet vasitəsilə oynanılan bir çox oyunlar
uşaqların zamanlarını boşa keçirmələrinə və
zərərli vərdişlərə yiyənləmələrinə səbəb olur.
4. Ailə ilə keçirilən zamanın azalmasına səbəb
olur.
5. Göz, boyun, bel və əllərdə müxtəlif narahatlıq
və xəstəliklərin yaranmasına şərait yaradır.
6. İnternet vasitəsilə edilən alış verişdə
dələduzluq halları dəfələrlə müşahidə edilib.
7. Pornoqrafik səhifələrin mənəviyyata vurduğu
zərərlər qaçılmazdır.
8. Elm və bilik əldə etmək yerinə vaxtını oyuna
sərf edən insanların zəkalarında mənfi halların
aşkarlanmasına səbəb olur.
9. İnsanların sosiallaşmasının qarşısını alır.
10. Uzun müddət internet istifadəsi fiziki
problemlərə və insanların çəkilərinin artmasına
səbəbdir.
11. Kitab oxumaq vərdişinizə mane olar və
zamanla kitab oxumamağa başlayarsınız.
12. Yuxu rejiminizin pozulması.
13. İnternetlə çox məşğul olmaq beyninizə zərər
verər.
14. Bir çox işi eyni anda etmək insanların
yaradıcılıq qabiliyyətinə mənfi təsir edir.
15. İş və dərsdə uğursuzluqlar
16. Virtual təcavüz