Page 189 - Pure Life 05
P. 189
İnternetin faydası, zərərləri və zərərlərindən
qorunma yolları
1
Müəllif: Səadət Məmmədova (Azərbaycan)
Giriş
Bu günkü dünyamızda həyatın təməl
ehtiyaclarından birinə çevrilən, hətta hava və su
kimi dəyərli olan internet həyatımızı elektrik
enerjisi, mətbəə, telefon qədər dəyişdirdi. Təkcə bir
ünsiyyət vasitəsi deyil, həm də bir çoxumuzun
həyatının bir parçası oldu. Texnologiya biz istəsək
də, istəməsək də inkişaf edir. Əlbəttə ki, bu inkişaf
internet üçün də keçərlidir. Balansı qoruyaraq
internetdən faydalanmaq və zərərlərindən qaçmaq
öz əlimizdədir.
Açar sözlər: İnternetin faydası, zərərləri,
zərərlərindən, qorunma yolları
İnternet aləmi
İnternet 1960-cı illərin sonu, 70-ci illərin əvvəlləri
Amerikada ARPA adı ilə quruldu. Daha sonra isə
internet adı ilə istifadə edildi. İnternet ilkin
vaxtlarda komputer mütəxəssisləri, elm adamları və
kitabxanaçılar tərəfindən istifadə edilirdi. Yəni,
əvvəllər hər kəsin bu günkü kimi internetdən
yararlanmaq imkanı yox idi.
1. İslam araşdırmaları fakültəsi, Magistr, Əl-Mustafa Beynəlxalq
Virtual Universiteti, Qum, iran, seadetmuhemmedi@gmail.com