Page 191 - Pure Life 05
P. 191
Real Və Virtual Aləmdə Çıxış Etmək/ 219
3. Virtual aləmdə təbliğin metodları düzgün şəkildə
öyrənilməli, bu müqəddəs işə mahirliklə addım
atılmalıdır.
4. Hər bir sahədə əmniyyət sisteminə diqqət
olunmalıdır!
5. Rabitə və psixologiya elminə, nisbi də olsa
yiyələnmək şərtdir.
6. Yazı və danışıqlarda təmkinli olmaq, əxlaq və
etik normaları gözləmək vacibdir.
7. Zəruri məsələrə daha artıq yer verilməli, lakin
yeknəsəqlikdən uzaq olmaq üçün, bəzən dəyişik
mövzulara da toxunmaq lazımdır.
8. Arqument və dəlillər möhkəm və tutarlı
olmalıdır.
9. Təbliğ qısa və konkret, eyni zamanda şəffaf
və aydın olmalıdır.
10. Təsir qüvvəsini artırmaq üçün, şəkil və
təsvirlərdən istifadə etmək lazımdır.
11. Nisbi də olsa, izləyicilərin zövq, xarakter və
həssalıqlarını tanımaq, təbliğ zamanı həmin
faktorlara diqqət yetirmək lazımdır.
12. Ümumiyyətlə, insanların intellektual
maraqlarını artırmaq yolunda cəhd etmək və
xalqın hərtərəfli inkişafı üçün səy göstərmək
vacibdir. Virtual aləm, bu iş üçün çox
əlverişlidir.