Page 192 - Pure Life 05
P. 192
218 PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
/
(
Rəvayətə görə, Həzrət Peyğəmbərin (s) bir savadsız
qoca qadının cəhrə ilə yundan sap hazırladığını gördü.
Ona yaxınlaşıb soruşdu: Sən Allahın varlığını necə
dərk edərsən? Qoca qadın əlini cəhrədən çəkdi, bu
zaman cəhrə dayandı. Ardınca Peyğəmbərə (s) dedi:
Ey Allahın elçisi, bu kiçik bir cəhrədir. mənim vasitəmlə
hərəkət edir. Mən əlimi onun dəstəyindən çəkən kimi
dayandı. Bu kiçik cəhrəni mən hərəkət etdirirəm. Bəs necə
ola bilər ki, belə böyük əzəmətə malik kainat öz-özünə
hərəkət etsin? Mən yəqin bilirəm ki, onu yaradan vardır.
Həmin yaradan Allahdır.
Peyğəmbər (s) bu zaman səhabələrinə buyurdu: Bu
qoca qarıdan dini (anlayışı) öyrənin.
Gördüyünüz kimi hünər dolu gözəl bir nümayiş,
qoca və savadsız qarının vasitəsilə belə, nə qədər
düşündürücü və dolğundur.
Ümumiyyətlə, incəsənət istər teatr olsun istər kino,
istər şeir olsun istər musiqi, istər rəssamlıq olsun istər
memarlıq, bütün bu sadalananlar bir millətin mədəni
inkişafı üçün qaçılmaz faktordur. Lakin digər
sahələrdə olduğu kimi, incəsənətin də təməl
prinsipində ilahi və əxlaqi dəyərlər hökm sürməlidir.
Virtual aləmdə mənəvi çağırışın zəruriliyinə diqqət:
12. Günün tələbidir; bu gün dünyada 1
milyarda yaxın insan virtual aləmdə
aktivdir və bu rəqəm getdikcə
artmaqdadır.
13. Təbliğ edən şəxsin, ifadə etdiyi mövzu
haqda geniş və dəqiq məlumatı olmalıdır.