Page 194 - Pure Life 05
P. 194
216 / ( PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
İncəsənət də, gözəllik və cazibədarlıqla dolu bir
zərif sənətdir. Bəzən haqqında kitablar yazılmış,
uzun-uzadı söhbətlər edilmiş bir məsələ,
incəsənətin möcüzəsi ilə sadə bir rəsm əsərində,
gözəl formada təsvir edildiyi üçün ən üstün
nəticəni əldə edir.
Burada incəsənət dedikdə naqqaşlıq, dizaynerlik,
film, təsirli rəsm və fotolar və bu kimi incə
faktorlar nəzərdə tutulur. Və bu halların virutal
aləmdə daha asan yolla hazırlanmasının və daha
təsirli üslublar olduğunun düşüncəsindəyik. Bugün
belə bir vasitələrdən pak mənəviyyatı və düzgün
düşüncələri yaymaq və anlatmaq üçün istifadə
etmək zəruridir.
İncəsənətdən pak yolda bəhrələnmək, dinimiz
tərəfindən də təsdiq edilmişdir. Çünki bu həm
gözəllik, həm bacarıq və həm də daha aydın, rahat
şəkildə insanları paklığa çəkmək üçün bir vasitədir.
Qurani-kərimdə Həzrət İbrahim (ə) ölülərin
dirilməsinə tam yəqin tapmaq üçün Allahdan bunu
gözləri ilə görmək istədiyini xahiş etdikdə, Allah-
təala bunu sanki gerçək film şəklində ona nümayiş
etdirmişdi: