Page 199 - Pure Life 05
P. 199

Real Və Virtual Aləmdə Çıxış Etmək/ 211


                     Haqqı dinləmək, onu qəbul etmək hər birimizin vicdan
                  borcudur. Haqqa gəldikdə isə «Qurani-Kərim» buyurur:

                      (Haqq odur ki,) Allahın ipindən möhkəm yapışıb,
                               aranızda təfriqə salmayasınız.»
                                                                1
                         2.  Ağıl  və  məntiq  baxımından  hər  bir
                         müsəlmanın ilkin vəzifəsi İslam çərçivəsində

                         olan  bütün  əqidə  və  məzhəblərə  hörmətlə
                         yanaşmaqdır.  Sözümüzün  sübutu  üçün  əziz
                         Peyğəmbərimizin(s)  buyurduğu  -«La  ilahə
                         illəllah  (Allahdan  başqa  heç  bir  məbud
                         yoxdur.) deməklə (cəhənnəm odundan) xilas
                         olun!» -kəlamını misal çəkmək olar.
                  Bu  dəyərli  kəlama  diqqət  etdikdə,  məlum  olur  ki,
                  müsəlmanların  nicatı  onların  məxsus  bir  məsləkə
                  sahib  olduqlarına  görə  deyil,  məhz  Allahın
                  birliyinə  olan  əqidələrinə  xatirdir.  Deməli,  bizim
                  öhdəmizə  düşən  vəzifə,  nicat  əhlinə  (yəni
                  müsəlmanlara)  qarşı  hər  hansı  bir  məzhəbdə
                  olduqlarına baxmayaraq, ədəblə yanaşmaqdır.
                     Necə  ki,  hər  iki  məzhəbin  qaynaqlarına  əsasən,
                  Hz.  Məhəmməd  peyğəmbər  (səlləllahu  ələyhi  və
                  alihi  və  səlləm)  buyurmuşdur:  "Müsəlman,
                  müsəlmanın qardaşıdır."
                     Ümumuyyətlə, müsəlmanların arasında olan fikir
                  ayrılıqlarına təbii yanaşmaq lazımdır. Ona görə ki,
                  heç  vaxt  iki  insan  eyni  şəkildə  fikirləşib,  eyni
                  əqidəyə malik ola bilməz.



                  1. Ali-İmran surəsi, 103.
   194   195   196   197   198   199   200   201   202   203   204