Page 200 - Pure Life 05
P. 200

(
                  210  PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
                      /



                      1.  Bəzən şiə və sünnü qardaşlarımız belə güman
                         edirlər ki, bir-birlərinə qarşı olan hörmətsizlik
                         və  etinasızlıq  onların  öz  məzhəblərinə  sadiq
                         qalmaqlarından  xəbər  verir.  Lakin,  bu  cür
                         əqidəyə  malik  olan  şəxslər  bilməlidirlər  ki,
                         hansısa  bir  məzhəbin  adı  altında  olmaq,  heç
                         də  o  demək  deyil  ki,  qarşı  tərəfin  haqq
                         sözlərini də inkar etməliyik.
                  Əksinə,  belə  bir  fikir  tərzi  yalnız  qeyri-
                  müsəlmanlara məxsusdur. Elə buna görə də, Allah-
                  taala  «Qurani-Kərim»də  bəzi  yəhudi  və  xristian
                  tayfalarını pisləyərək buyurur:
                  "(Bəzi) Yəhudi və məsihi dinində olanlar bir-birilərinin
                     əqidə və əməllərini puç sayırlar. Bir halda ki, onlar
                          (Tövrat və İncil) kitablarını oxuyurlar."
                                                                    1
                     Təfsirdə  deyilir:  "Yəhudi  və  xristian  alimləri,

                  əllərində  mövcud  olan  müqəddəs  Tövrat  və  İncil
                  vasitəsi  ilə  hansı  əqidə  və  məsələnin  doğru
                  olduğunu  aydın  şəkildə  göstərə  bilərdilər.  Amma
                  onlar  bu  məsələyə  biganə  yanaşaraq,  bir-birlərini
                  inkar etməyə cəhd göstərirdilər."

                     Deməli, biz müsəlmanlar tarixin bu nöqtəsindən
                  düzgün  formada  ibrət  dərsi  alaraq  qabaqkı
                  ümmətlərin səhvlərini təkrar etməməliyik. İnad və
                  təəssübkeşliyi  kənara  qoymaqla,  ağıl  və  düşüncə
                  əsasında rəftar etməliyik.





                  1. Bəqərə surəsi, 113.
   195   196   197   198   199   200   201   202   203   204   205