Page 203 - Pure Life 05
P. 203
Real Və Virtual Aləmdə Çıxış Etmək/ 207
Zmanının məsələlərini olduğu kimi dərk edən və
yüksək təhlil qabiliyyətinə malik olan adlı-sanlı
şəxsiyyətlərdən idi.Qeys, Siffeyn müharibəsindən
sonra, Əli (ə) tərəfindən Azərbaycana rəhbər
göndərildi.
O, Nəhrəvan müharibəsində iştirak etmişdi.
Qoşunun sağ cinahının komandanı oldu. Əli (ə)
Nəhrivan döyüşündən sonra, qoşunların şücaətli və
təcrübəli sərkərdəyə ehtiyacı olduğu üçün onu yanına
çağırdı. Fitnəkar və təcavüzkar düşmən qoşunu ilə
müharibə etmək üçün ordunu yenidən formalaşdırdı.
Əli (ə)-ın şəhadətindən sonra, İmam Həsən Müctəba
(ə)-a ilk beyət edən şəxs Qeys idi. O, müdrik sözləri
və özünə xas təbliğ üsulu ilə daim camaatı onunla
beyət etməyə çağırdı.
Qloballaşma və təbliğ ünsürləri
Texnologiyanın inkişafı nəticəsində dünyada baş
verən qloballaşma təbii prosesdir. Belə olan halda,
yalnız millətlərin müştərək dəyərləri dünyaya hakim
olmalıdır. Lakin qeyri-təbii şəkildə dünyanı
qloballaşdırmağa sövq verdirmək, öz mədəniyyətini,
dinini və dilini xalqlara diktə etmək, insanlıq
hüquqna olan ən böyük təcavüzkarlıqdır.
Amma nə yazıq ki, bu gün sionist rejimi və
xristian missionerləri bu işə əzmkarlıqla cəhd
etməkdədirlər. Elə məhz bu səbəbdən onların İslam
ölkələrinə nüfuzunun qarşısını almaq üçün sadəcə
bir yol qarşımızda durur.