Page 206 - Pure Life 05
P. 206

(
                     /
                  204  PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)


                     Buyurdu:  Savab  ağlın  miqdarına  görədir.  Bəni
                  İsraildən  olan  bir  kişi  adaların  birində  Allahın
                  ibadətinə  ömrünü  vermişdi.  Ada  yaşıllıq,  xürrəm
                  ağaclarla dolu idi və çoxlu suları vardı. Bir mələk
                  nazil  oldu  və  ərz  etdi:  Pərvərdigara  bu  bəndənin
                  ibadətinin  savabını  mənə  əta  et.  Allah  onun
                  savabını mələyə verdi və mələk onu az saydı. Allah
                  ona vəhy elədi: Onun yanında ol!
                      O  mələk  insan  surətində  həmin  kişinin  yanına
                  gəldi.  Abid ondan soruşdu: Kimsən?
                     Dedi:  Mən  bir  Allahpərəst  kişiyəm  ki,  hər
                  yerdən  sənin  Allahpərəstliyini  eşidib,  səninlə
                  ibadət etmək üçün gəlmişəm.
                     O günü onunla keçirtdi. Səhər sübh tezdən mələk
                  ona dedi: Bura çox təmiz və ürəyəyatandır və ona
                  görə də ibadət üçün çox yaxşı və kifayətdir.
                     Abid dedi: Buranın bir eybi var.
                     Soruşdu: Nə eybi?
                     Dedi:  Bizim  Pərvərdigarımızın  heyvanı  yoxdur,
                  əgər  bir  ulağı  olsaydı  onun  üçün  otarardıq.
                  Doğrudan da bu ələflər zay olurlar.
                     Mələk ona dedi: Pərvərdigarının ulağı yoxdur?
                     Dedi: Əgər olsaydı bütün bu ələflər zay olmazdı.
                      Allah həmin mələyə vəhy etdi: Həqiqətən ağlının
                                                                   1
                            miqdarı qədər ona savab verəcəyəm.







                  1. Üsuli-kafi, c. 1, səh. 17.
   201   202   203   204   205   206   207   208   209   210   211