Page 209 - Pure Life 05
P. 209
Real Və Virtual Aləmdə Çıxış Etmək/ 201
"Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir
zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət
olunmağa daha layiqdir), yoxsa bir olan qadir (qəhr sahibi)
Allah?! (Allahdan) qeyri ibadət etdikləriniz sizin və
atalarınızın (özünüzdən uydurub) qoyduğunuz (Allaha heç
bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey
deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir
dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız
Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi)
1
din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!"
İkinci yuxu yozmasında isə, əvvəlcə Misir soltanının
yuxusunu yozdu, ardınca da özünün günahsız olduğuna
işarə etdi. Çünki zindan yoldaşlarının ehtiyacını təmin
etmək, yəni yuxularını yozmazdan qabaq onları Allaha
sarı çağırmaq daha münasib idi. Zindan yoldaşlarının
onun xeyirxahlığına ehtiyacları var idi. Zindanda
olduqları üçün də, qəlbləri yumşalmış və öyüd-nəsihəti
qəbul etməyə hazır idilər. Amma Misirin soltanı qürur
içində idi. Qüdrət sahibi idi.
Həzrət Yusifə (ə) qarşı qəlbində narahatlıq var idi. Buna
görə də, Yusif (ə) doğru zamanı gözlədi. Məkan fərqinə
diqqət etdi. Şəraiti nəzərə aldı. Əvvəlcə onun əmrini
yerinə yetirdi və yuxusunu yozdu. Sonra isə günahsız
olduğunu söylədi. Əgər ilk olaraq, özünü müdafiə etsəydi,
günahsızlığı haqqında mübahisə etsəydi, Misirin soltanı
onun sözlərini qəbul etməyib, rədd edə bilərdi. Bununla da
həm Yusif (ə) və həm də xalq zərər görmüş olardı.
1. Yusif, 39-40.