Page 214 - Pure Life 05
P. 214
/
(
196 PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
Məqsəd bir ilahiyyatçının xalq arasında fərdi və
ictimai təbliğində diqqət etməsidir. Həmçinin, diqqət
etmək lazımdır ki, kütləvi informasiya vasitələri və
mediada olan dini təlim və söhbətlərdə də həmin
amillərə diqqət etmək zəruridir.
İlahiyyatçı şəxs insanlara dini təbliğ etdiyində, ilk
olaraq düzgün məkanı və zamanı seçməlidir. Doğrudur,
paklığa və mənəviyyata çağırmağın xüsusi bir məkana
və zamana ehtiyacı yoxdur. Lakin unutmaq olmaz ki,
bir sıra məkanlarda və zamanlarda bəzi insanlar moizə
və söhbətdən daha çox təsirlənirlər.
Bununla belə, bəzi məkanlarda və zamanlarda da
ruhaninin öyüd-nəsihəti təsirsiz olar və hətta narahat
edici sonluqla da nəticələnə bilər.
Dini təbliğ etmək üçün real yaxud virtual aləmdə
bir sıra gözəl fürsətlər vardır. Məsələn yas məclisləri
yaxud düzgün idarə olunan saytlar, virtual şəbəkələr,
səhifələr bir şəxsin mənəvi təbliğində ən önəmli
məkanlardan biridir.
Xüsusilə də, gündəlik namazlardan sonra, yaxud
dua mərasimlərində və sair məqamlarda; həmçinin
məhərrəm və ramazan aylarında, həmçinin insanların
ən çox olduğu sosial şəbəkələrdə mənəvi dəyərlərin
təbliğinin xüsusi təsiri vardır.
Xüsusilə də, məscidlərə insanlar daim Allahla
rabitə, ibadət etmək, ilahi kəlamı eşitmək və ibrət
almaq məqsədilə üz tuturlar. Bunun üçün də, məscid
ruhaniyə ən böyük və ən gözəl fürsətdir ki, camaatı
ilahi dini haqqında maarifləndirsin.