Page 217 - Pure Life 05
P. 217
Real Və Virtual Aləmdə Çıxış Etmək/ 193
Elə bu zaman lotular qapını döymədən hay-küylə
tacirin evinə girdilər. Onlar din alimini gördükdə
istədikləri kimi rəftar edə bilməyəcəklərini anlayıb
narahat oldular və onu küsdürməyi qərara aldılar ki,
oradan getsin. Lotulardan biri din aliminə dedi:
Bilmirəm niyə bəzi ruhanilərin bizdən xoşu gəlmir?
Bizim nəyimizi bəyənmirlər? Bizdən nə pislik
görüblər?
Din alimi dedi: İnsanlar hansı yaxşı
xüsusiyyətinizə görə sizi sevsinlər?
Lotu dedi: Biz heç bir zaman duz-çörək kəsdiyimiz
insanlara nankorluq etmərik. Biz əsl kişi və mərd
insanlarıq. Yaxşılığın qədrini bilərik.
Alim dedi: Bu çox gözəl xüsusiyyətdir, amma mən
sizdə bu xüsusiyyəti görmürəm.
Lotular səs-küy salaraq bir-birinin ardınca dedilər:
İsfahanda hər kimdən istəyirsənsə soruş, hər kəs bizi
belə tanıyır.
Alim dedi: Siz əgər yaxşılığı qiymətləndirən və
duz-çörəyə dəyər verən insanlar olsaydınız, Allah-
təalanın sizə verdiyi nemətlərin və qüdrətin
müqabilində Ona xəyanət etməzdiniz. Allah
bəndələrini incitməzdiniz, onun bəndələrinə nəsib
etdiyi nemətləri zorla əllərindən almazdınız.
Əksinə sizə əta olunan bu güc və qüvvətin əvzində
Onun bəndələrinə yaxşılıq etməklə Tanrıya öz
təşəkkürünüzü bildirərdiniz. Amma sizin etdiyiniz
bütün bu özbaşınalıqlar, sizə bu gücü verən Allaha
qarşı nankorluqdan başqa bir şey deyildir!