Page 216 - Pure Life 05
P. 216
(
/
194 PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
Lotular alimin bu məntiqli sözü qarşısında
heyrətləndilər və tövbə edib çirkin işlərdən əl çəkdilər.
Onlar Allahın əta etdiyi güc və qüdrəti, köməksiz
insanlara yardım etmək və haqqı nahaqqın
müqabilində qorumaq yolunda istifadə etdilər.
Bir gün lotuları xeyirxahlıq etdikləri vaxt görən həmin
alim dedi: Bax, bu əsl (lotuluq) mərdlikdir. Əsl kişi
insanların namusuna, malına-mülkünə zorla yiyələnmək
istəyənlər deyil, sizin kimi nəfsani-şeytani arzularını
1
kənara atıb, məzlum insanlara əl tutan şəxslərdir!
İkinci hekayə
Bir gün Bəhlul Danəndə bir məscidin önündən
keçərkən orada xətibin moizə oxuduğunu gördü. Xətib
deyirdi: Ay camaat! Cəfər ibn Məhəmmədin (ə)
etiqadına görə insanlar öz əməllərində ixtiyar
sahibidirlər. İstədikləri əməli yerinə yetirər və
istədikləri əməllərdən çəkinə bilərlər.
Halbuki bu doğru deyildir. İnsanlar heç bir ixtiyara
sahib deyildir. Onların əncam verdiyi hər bir əməl
yalnız və yalnız birbaşa Allah-təala tərəfindən yerinə
yetirilir.
Ay camaat! Cəfər ibn Məhəmməd (ə) Qiyamət günü
şeytanın cəhənnəm odunda yanacağını iddia edir. Bir
halda ki, şeytan oddan yaranıb və onu od yandıra
bilməz. Eyni cinsdən olan varlıqlar necə bir-birinə
zərər verə bilərlər?
1. Pəndhaye pərakəndeye tarix, səh. 143-144.