Page 215 - Pure Life 05
P. 215

Real Və Virtual Aləmdə Çıxış Etmək/ 195

                     Ay camaat! Cəfər ibn Məhəmməd (ə) Allah-təalanı
                  gözlə görməyin heç bir zaman mümkün olmayacağını
                  deyir. Halbuki, hər bir varlıq gözlə görülə bilər.
                     Bəhlul  Danəndə  bunu  eşidib,  yerdən  bir  kəsək
                  götürərək  xətibin  başına  vurdu.  Başı  yarılan  xətib
                  qazinin yanına şikayətə getdi.
                     Qazi  Bəhluldan  soruşdu:  Bu  kişi  sənə  nə  pislik
                  edibdir ki, onu bu hala salmısan?
                     Bəhlul  dedi:  O,  insanların  öz  əməllərində  ixtiyar
                  sahibi olmadıqlarını və bütün əməllərin birbaşa Allah
                  tərəfindən icra olunduğunu iddia edir. Əgər belədirsə
                  mənim təqsirim yoxdur. Çünki onun başını mən deyil,
                  Allah yarıbdır.
                     Onun  söylədiyinə  görə  eyni  cinsdən  olan  əşyalar
                  bir-birinə mənfi təsir qoya bilməz. Elə buna görə də,
                  şeytan odda yanmaz. Çünki o özü oddan yaranıb. Mən
                  də  bu  torpaq  kəsəyi  onun  başına  vurdum.  Mənə  elə
                  gəldi ki, onun başı yarılmaz. Çünki insan da torpaqdan
                  yaranıb.
                     Onun dediyinə əsasən, hər bir şey gözlə görülməlidir.
                      Ondan soruş ki, başının ağrısını görə bilər, ya yox?
                                                                            1
                  Zaman-məkan və dinləyici faktı
                  İlahiyyatçı şəxs mənəvi görüşlərini insanlara anlatmaq
                  istədiyində,  zaman,  məkan,  şərait,  mühit  və
                  dinləyicinin  ümumi  mövqeyini  və  qavrama  amilini
                  nəzərdə almalıdır.





                  1. "Ənvari-Nomaniyyə", c. 2, səh. 265.
   210   211   212   213   214   215   216   217   218   219   220