Page 213 - Pure Life 05
P. 213

Real Və Virtual Aləmdə Çıxış Etmək/ 197

                     Həmçinin,  ruhani  unutmamalıdır  ki,  milli-mənəvi
                  dəyərlərimizdən  biri  olan  məscidlər,  təkcə  axirətimiz
                  üçün deyil, gündəlik həyatımızda da, düzgün istifadə
                  edildiyi  zaman  bir  çox  inkar  olunmaz  faydalara
                  malikdir.
                     Məsumların        (ə)    göstərişlərinə      düzgün      və
                  məsuliyyətli  şəkildə  yanaşılarsa,  insani  hisslərin
                  aşılandığı  bu  müqəddəs  məkanda  insanlar  təkcə  dini
                  təlimləri-tövsiyələrdən  bəhrələnməklə  kifayətlənməz,
                  həm  də  bir-biriləri  ilə  çox  rahat  formada  ünsiyyət
                  yarada və qaynayıb-qarışa bilər.
                     Qardaşlıq      prinsipi    əsasında      rəftar    etməyin
                  zərurətinin çatdırılmasının vacib olduğu bu müqəddəs
                  məkanda,  insanlara  bir-birilərinin  qeydinə  qalmaq,
                  qəm-qüssəsini  aradan  qaldırmaq,  cəmiyyətdə bir  fərd
                  kimi  qarşı  tərəfin  hüquqlarını  riayət  etmək,  bir-
                  birilərinin  çətinlikləri  qarşısında  məsuliyyətli  olmaq
                  və sair ilahi tövsiyələr verilməlidir. Həzrət İmam Rza
                  (ə) buyurur:
                      "Məscidlərdə qılınan camaat namazı insanların (Allah
                   qorxusu ilə) bir-birilərinə kömək əli uzatmalarına, ümumi
                   mənafelər xatirinə həmkarlıq etmələrinə, çətinlikləri birgə
                      aradan qaldırmalarına, dindarlıqda və Allaha sitayiş
                    etməkdə, həmçinin bir çox günahların qarşısını almaqda
                                                                    1
                               yardım göstərmələrinə səbəb olar".








                  1. Biharül-ənvar, c. 88, səh. 12.
   208   209   210   211   212   213   214   215   216   217   218