Page 208 - Pure Life 05
P. 208

/
                  202  PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
                     (



                     Dini  dəvətdə  zaman,  məkan  və  şərait  məsələsi  o
                  qədər  mühümdür  ki,  hətta  ilahi  möcüzələri  belə
                  zaman,  məkan,  şərait  və  mühitə  uyğunlaşdırılmışdır.
                  Hər bir peyğəmbər (s) öz məntəqəsinin tələbinə uyğun
                  möcüzələr göstərmişdir.
                     Sehrin  məşhur olduğu  məntəqədə  Həzrət  Musa  (ə)
                  ona  uyğun  möcüzələr,  təbabətin  ən  çox  maraq
                  topladığı, inkişaf  etdiyi  zamanda  Həzrət İsa  (ə) buna
                  münasib  möcüzələr,  bəyanın,  bəlağətin  ən  yüksək
                  həddə inkişaf etdiyi şəraitdə, Həzrət Məhəmmədin (s)
                  ali ilahi kəlamı Quran ilə göstərdiyi möcüzələri misal
                  vurmaq olar.
                     Peyğəmbərlər  (ə)  də  dua  üçün  belə  məkan  və
                  zamanlara  diqqət  etmişlər.  Həzrət  Yaqub  (ə)  Allah
                  dərgahında  oğlanlarının  günahlarının  bağışlanmasını

                  istəmək üçün xüsusi bir zamana diqqət edir.
                      "(Oğlanları ona:) “Ata! Bizim üçün günahlarımızın
                        bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar
                   olmuşuq!” dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin
                   bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır,
                                                         1
                                         rəhm edəndir!"
                     Dini  təbliğ  edən  ilahiyyatçı,  vəzifəsini  əncam
                  verdiyi  müddətdə  müxtəlif  istedadlara,  düşüncə
                  tərzinə,  anlayış  və  qavrama  qabiliyyətinə  malik
                  insanlarla qarşılaşa bilər.







                  1. Yusif, 97-98.
   203   204   205   206   207   208   209   210   211   212   213