Page 204 - Pure Life 05
P. 204
/
(
206 PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
Qəbiləsində sözükeçən, mötəbər və vacib şəxsiyyət
idi. Kəraməti və səxavəti dillər əzbəri idi.
Peyğəmbərin (s) bəzi döyüşlərində qoşunun
bayraqdarı olmuşdu. Peyğəmbər (s)-dan sonra, ilk
günlərdən etibarən haqqa boyun əyib, Əli (ə)-ın “haqq
xilafəti” və “xilafət haqqı” –nı tanıyaraq, onun
müdafiəçisinə çevrilmişdir. Əli (ə)-ın xilafəti
dövründə də onun yaxın səhabəsi və himayədarı
olmuşdur.
İmam (ə) onu Misirə vali təyin etdi. O, ağlı və
fərasəti nəticəsində Əli (ə)-a müxalif olanları ələ
alaraq, fitnənin kökünü kəsdi. Müaviyə çox səy
göstərirdi ki, Qeysi öz tərəfinə çəksin, lakin buna nail
olmadı.
Bir müddətdən sonra, İmam (ə) ortaya çıxan bir sıra
məsələlərə görə, Məhəmməd bin Əbi Bəkri Misirə
göndərdi və Qeysi geri çağırdı.Qeys “Şurtətül-xəmis
(xüsusi təyinatlı qoşun)”-un başçılarından idi.
Siffeyn döyüşündə Bəsrənin piyada qoşununun
komandanlığı onun öhdəsində idi. Qeys, Siffeyn
müharibəsinin ən qızğın çağında ənsarın da
komandanlığını öz öhdəsinə götürdü. Onun Siffeyndə
döyüşündəki misilsiz rolu çox əzəmətli idi. Öz
xütbələrində Əli (ə)-ı böyük bir şəxsiyyət kimi
qiymətləndirirdi. Müaviyənin əleyhinə çıxaraq, Əli
(ə)-ın əmrlərinə itaət etmək və haqqı tələb etmək üçün
adamları həvəsləndirirdi. Siyasi, ictimai və cərəyanları
dərindən dərk edirdi.