Page 207 - Pure Life 05
P. 207
Real Və Virtual Aləmdə Çıxış Etmək/ 203
Onun dini bəyan etdiyi şəxslər fərqli-fərqli ailə
mühitində böyümüş, müxtəlif şəkildə tərbiyə almış
insanlardır. Buna görə də, hər bir şəxslə onun qavrama
istedadına uyğun şəkildə danışmalıdır. Bu ilahi dinini
təbliğ edən hər bir şəxsin diqqət etməli olduğu
məsələdir. Necə ki, Allahın rəsulu (s) buyurur: "Biz
peyğəmbərlər olaraq, insanlarla onların ağlı (təfəkkürü)
1
miqdarında danışmağa məmur edilmişik."
Fəlsəfi və ağır sxolastik bəhslər ali təhsil almış
və bunu anlamaq iqtidarında olan şəxslər üçündür.
Adi insanlar üçün deyil. Buna görə də, təbliğ
zamanı adi xalq kütləsinə sadə dəlillər, misallar,
ayələr və hədislərlə zəngin söhbət etmək lazımdır.
Uşaqlara dini anlatdığımız zaman, hekayələr,
ibrətli məsəllər və sair kimi vasitələrdən
bəhrələnmək daha məntiqə uyğundur.
İlahiyyatçı təbliğ etdiyi zaman insanların iman və ağıl
dərəcələrini nəzərdə almalıdır. Allah-təala qiyamət
günü bəndələrindən onların ağılları və idrakı
2
miqdarında hesab-kitab edəcəkdir.
Salman Deyləmi atasından nəql edir: İmam
Sadiqə (ə) ərz etdim: Filankəs ibadətdə, dindarlıqda
və fəzilətdə filan cürdür.
Buyurdu: Ağlı nə həddədir?
Dedim: Bilmirəm.
1. Üsuli-kafi, c. 1, səh. 27.
2. Biharül-ənvar, c. 7, səh. 267.