Page 211 - Pure Life 05
P. 211

Real Və Virtual Aləmdə Çıxış Etmək/ 199

                     Qəlbində  müqəddəs  məkanlara  sevgi-məhəbbət
                  bəsləyən  insanlar  yola  düşdükləri  zaman,  yaxud
                  ziyarət etdikdən sonra pak könüllə, təmiz ürəklə və ən
                  ülvi,  gözəl  hisslərə  sahib  olduqları  üçün,  mənəvi
                  cəhətdən hazır olduqlarına görə öyüd-nəsihəti daha tez
                  qəbul edəcəklər.
                     Yas  mərasimlərində,  məzarları  ziyarətə  gedildiyi
                  zaman,  xüsusi  həssaslıqla  insanları  paklığa,  axirət
                  aləminin  haqq  olmasına,  dünyanın  faniliyinə  və
                  əməllərimizdəki  məsuliyyətinə  diqqət  çəkmələri
                  barəsində məlumatlandırmaq da faydalıdır.
                     Həmçinin,  ruhani  öyüd-nəsihətini  münasib  zamanı
                  gəlib çatmadığı təqdirdə, qarşı tərəf onu dinləməyə və
                  sözünün  qəbul  etməyə  hazır  olmadığı  halda
                  söyləməməlidir.  Çünki  doğru  zamanda  və  məkanda
                  olmayan  fəaliyyət  və  söylənilməyən  söz  olduqca
                  mənfi təsir qoya bilər. Həzrət Əli (ə) buyurur:
                      "(Bağındakı) meyvəni yetişməmişdən öncə dərən şəxs,
                                                                            1
                       başqasının torpağında əkinçilik edən kəs kimidir."
                     İmamın  (ə)  bənzətməsi  nə  qədər  incə  və  gözəldir.
                  İnsan  başqasının  torpağında  icazəsiz  əkin  əkərsə,  onun
                  əksül-əməli necə olacaq? Əlbəttə ki, mənfi! O, bu əməlini
                  heç bir vəchlə qəbul etməyəcək və etiraz edəcəkdir.
                     Həmçinin,  başqasının  torpağında  icazəsiz  əkin
                  əkdiyimiz  təqdirdə,  onun  məhsulu  artıq  bizim
                  sayılmayacaqdır.  Bir  sözlə  səyimiz  və  zəhmətimiz
                  nəticəsiz olacaqdır.



                  1. əl-Həyat, c. 1, səh. 315.
   206   207   208   209   210   211   212   213   214   215   216