Page 212 - Pure Life 05
P. 212
/
198 PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
(
Daim ata-babalarımızın müqəddəs saydığı və and
yerimiz olan məscidlər, "Allahın evi" adlandırılan bu
məkankanlar, məhz ruhaninin düzgün fəaliyyəti
nəticəsində, insanlara ən ali mənəvi hisslər və pak
insani duyğular əks etdirməlidir. Elə bu səbəbə də,
islam dinin məscidlərə olduqca böyük dəyər vermiş,
insanlara məscidə getməyə təkid etmişdir.
Məsciddən uzaq qalan şəxslər bu səbəbə məzəmmət
edilmişdir. Çünki məscidlər ən ali mənəvi funksiyaya
malik olmuşdur. Belə ki, rəvayətdə buyurulur:
"Daima məscidə gedən insan bu səkkiz xeyirdən birinə
çatar. Qurani-Kərimin möhkəm və aydin ayələrindən
bəhrə aparar. Faydalı dost tapar. Yeni elmlər öyrənər.
İnitzarını çəkdiyi rəhmətə qovuşar. Ona yol göstərən doğru
sözlər öyrənər. Onu günahdan qoruyan oyüd-nəsihətlərə
yetişər. Günah işlətməkdən utanar. Allah qorxusu
1
günahının qarşısını alar."
Hər bir ruhani də, məscidin əhəmiyyətini düzgün
dəyərləndirməli və sağlam-pak mənəvi cəmiyyət
tərbiyə etmək üçün ondan ən gözəl şəkildə
bəhrələnməlidir.
Mənəvi səfərlər və ziyarətlər də dini dəvət üçün
önəmli məqamlardandır. Ziyarətgahlara mənəvi səfərə
yola düşən insanlara dini təbliğ etmək, başqa bir
məkanda və şəraitdə deyə bilmədiyimiz öyüd-nəsihəti
onlara söyləmək münasib zaman və məkanlardan
biridir.
1. Tühəful-üqul, səh. 48.