Page 210 - Pure Life 05
P. 210
200 PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
/
(
İlahiyyatçı fərd dini maarifləndirməsini əncam
verməkdə tələsməməlidir. Hər bir şəraitdə, hər hansı
formada olursa olsun fəaliyyət etməyə çalışmamalıdır.
Doğru zamanı və münasib məkanı gözləməlidir.
Lazım gəldiyində susmağı və səbir etməyi
bacaqmalıdır. Necə ki, Həzrət Məhəmməd (s) şərait
olmadığına görə, üç il məxfi şəkildə yalnız müəyyən
fərdlərə ilahi mənəviyyatı anlatdı. Yalnız üç ildən
sonra aşkar formada xalqı təkallahlığa səslədi.
"(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar
təbliğ et."
1
Allahın elçisi (s) bununla belə, müşriklərin onun
insanları paklığa və saleh əməllərə sarı çağırışına
mane olduqlarını gördükdə, fəaliyyət etməsi üçün israr
göstərmədi. Münaqişələrdən çəkinərək, münasib
zamanı gözlədi. Qan tökülməsinin haram olduğu
2
aylarda ictimai yerlərdə xalqı Allaha sarı dəvət etdi.
Həzrət Yusif (ə) zindanda olarkən iki dəfə yuxu
yozdu. İlk yuxu yozmasında zindan yoldaşlarına
əvvəlcə təkallahlığı təbliğ etdi və sonra onların
yuxusunu yozdu.
1. Hicr, 94.
2. Fürui-əbədiyyət, c. 1, səh. 326.