Page 205 - Pure Life 05
P. 205
Real Və Virtual Aləmdə Çıxış Etmək/ 205
Dinin ali və nümunəvi təbliğatçıları olan Həzrət
Peyğəmbərimiz (s) və Məsumlarımız (ə) daim bu
məsələlərə diqqət etmiş, dini yayan şəxslərə onlara
riayət etməyi təkid etmişdir.
Həzrət İmam Sadiq (ə) Ömər ibn Hənzələyə müraciət
edərək buyurur: «Ey Ömər, bizim şiələrimizin
çiyinlərinə (daşımaq iqtidarında olmadıqları ağır) yük
qoymayın və onlarla mülayim rəftar edin. Buna görə
ki, insanlar çiyinlərinə qoyulanları (ağır yükləri)
1
daşımırlar.
Əlbəttə, bəzən də qarşı tərəfimizin istedadını
kəşf etməliyik, ona inanmalıyıq. Necə ki, bəzən
baxırsan qupquru bir taxtadır, amma elə həmin
taxta kiçik bir qığılcıma bəndir ki, alışıb yansın,
alovlansın, ətrafına işıq saçsın, istilik versin... Heç
bir şeyi üzünə baxıb dəyərləndirmə, onun batinini
görməyə çalış, daxili gücünü kəşf et!
Tarixçilərə görə, dinləyicinin qabliyyət
səviyyəsini tez ələ gətirən haqq carçılarından biri
də, Qeys bin Səəd bin Übadə Ənsari Xəzrəci idi. O
Həzrət Peyğəmbərin səhabələrindən və ənsarın
böyüklərindən idi. O, öz qəbiləsində, ənsar və
müsəlmanlar arasında böyük nüfuza malik idi.
Hörmətli, əzəmətli və şücaətli bir şəxs kimi
tanınırdı.
1. Üsuli-kafi, c. 8, səh. 335.