Page 201 - Pure Life 05
P. 201
Real Və Virtual Aləmdə Çıxış Etmək/ 209
Vəhdət yönlü təbliğ
Vicdanlı ilahiyyatçının ən önəmli vəzifələrindən biri,
müsəlmanları vəhdətə və birliyə dəvət etməsi, şiə-sünni
qardaşlığına təkid etməsidir. Çünki İslam dini
yarandığı gündən etibarən, müsəlmanları vəhdət və
birliyə dəvət etmiş, ixtilaf və parçalanmalara səbəb
olan amillərdən çəkindirmişdir.
Qardaşlıq və birlik tərəfdarı olan İslam, öz
müqəddəs kitabı «Qurani-Kərim»də dəfələrlə
vəhdətə əmr etməklə yanaşı müsəlmanların qüdrət
və əzəmətini Allaha doğru gedən yolda birləşib və
«Allahu-Əkbər» nidası altındakı hərəkətdə bəyan
etmişdir. Buna nümunə olaraq İslamın əsl ideyasını
«Ənfal» surəsinin 46-cı ayəsində görmək olar:
Allah və (Onun) Rəsuluna itaət edin və heç bir vaxt
aranızda ixtilaf salmayın ki, zəif olmağınıza və
qüdrətinizin aradan getməsinə səbəb olar. Səbirli olun
ki, Allah səbr edənlərlədir.
Lakin təəssüflər olsun ki, tarix boyu müsəlmanlar
İslamın bu göstərişlərinə diqqətsiz yanaşaraq iki
böyük hissəyə parçalanmışlar. Şiə və sünnü məzhəbi
adı altında olan iki müsəlman qardaş demək olar ki,
heç vaxt bir-birilərini başa düşməyə çalışmamışdır.
On dörd əsrdir ki, şiə və sünnü mübarizəsi
davam edir. Lakin bu mübarizə nəticəsində şiə
məzhəbi sünnü və ya sünnü məzhəbi şiə
olmamışdır. Bu bardə bir neçə mühüm məsələni
qeyd etmək zəruridir.