Page 197 - Pure Life 05
P. 197

Real Və Virtual Aləmdə Çıxış Etmək/ 213

                      3. Dunya müsəlmanları arasında bir çox əqidə və
                      əhkam  ixtilafları  mövcuddur.  Sünnü  məzhəbi  bir
                      neçə  dəstəyə  bölünür  ki,  onların  ən  məşhuru
                      Hənəfi,  Şafei,  Maliki  və  Hənbəli  təriqətləridir.
                      Həmçinin şiə məzhəbi də Zeydi, İsmaili və Vaqifi
                      adlı  bir  sıra  təriqətlərə  bölünür.  Əlbəttə,  bu
                      bölgülər  şiə  və  sünnünün  tanınmış  etiqadları
                      əsasındadır. Tanınmamış etiqadlarına gəldikdə isə
                      onların  sayı  saysız-hesabsızdır.  Təəssüf  doğuran
                      hal  budur  ki,  şiə-sünnü  və  bu  iki  məzhəbin  adı
                      altında  olan  bir  çox  fikirlər,  müsəlmanların
                      diqqətsizliyi    nəticəsində     yaranmışdır.     Əgər
                      müsəlmanlar  İslam  dininin  müqəddəs  kitabı  olan
                      Quran,  İslam  Peyğəmbəri  (s)  və  onun  Əhli-
                      beytinin  (ə)  buyurduğu  əsasında,  habelə  ağıl  və
                      məntiq yolu ilə düzgün formada hərəkət etsəydilər,
                      hal-hazırda vahid bir ümmət olaraq qalardılar.
                  Daha  təəssüf  yaradan  hal  budur  ki,  bəzən
                  müsəlmanların  dinin  hansısa  bir  sadə  məsələsində
                  ixtilafları  olarkən,  onu  həll  etmək  əvəzinə  kənara
                  çəkilib özləri üçün müxtəlif məsləklər yaradırlar.
                     Nə  isə,  bunların  hamısı  tarixin  yaralarıdır.  Onun
                  məlhəmi isə yalnız müsəlmanlar arasında olan ziddiyyətləri
                  kənara qoyub, vahid bir ümmətə çevrilmələridir. Necə ki,
                  Allah-taala Qurani-kərimdə buyurur:
                   "Siz vahid bir ümmətsiniz. Və mən sizin Rəbbinizəm.
                                      Məndən qorxun!"
                                                          1



                  1. Möminun surəsi, 52.
   192   193   194   195   196   197   198   199   200   201   202