Page 193 - Pure Life 05
P. 193
Real Və Virtual Aləmdə Çıxış Etmək/ 217
"(Ya Rəsulum!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə
cür diriltdiyini mənə göstər!” -dedikdə (Allah): “Məgər
(ölüləri diriltməyimə) inanmırsan?” -buyurmuşdu.
(İbrahim:) “Bəli, inanıram, lakin ürəyim xatircəm (arxayın)
olmaq üçün (soruşdum)”, -deyə cavab vermişdi. (Bu zaman
Allah ona) buyurmuşdu: “Dörd cür (cins) quş götürüb (səhv
salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq
bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir
parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki,
1
Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!"
Burada Həzrət Məhəmməd peyğəmbərin (s) ağacı
silkələyərək, yarpaqlarını tökməsi və səhabələrinə "namaz
da beləcə günahları tökür" -deyə nümayiş etdirməsini
2
misal vurmaq olar. Həmçinin, Allahın rəsulunun (s)
səhabələrinə ağacsız bir düz səhrada çor-çöp toplamağı
göstəriş verməsi, böyük bir miqdar çör-çöp toplandıqdan
sonra, "baxın kiçik günahlar da beləcə yığılaraq çoxalır" -
3
deyə göstərməsini də qeyd etmək mümkündür.
1. Bəqərə, 260.
2. Camei-əhadisiş-şiə, c. 4, səh 17-18.
3. Dastani-rastan, c. 1, səh. 204.