Page 195 - Pure Life 05
P. 195
Real Və Virtual Aləmdə Çıxış Etmək/ 215
Şübhəsiz, qan tökməkdən zövq alan qruplaşmış
təkfirçiləri, çirkin əməllərindən əl çəkmədikləri
təqdirdə, bu birlikdə heç bir zaman görmək
istəməzdik.
Bu məqama da diqqətinizi çəkmək istərdik ki,
Qurani-kərim hətta əhli kitabı belə müştərək
inanclar əsasında, xüsusilə tövhid bayrağı altında
vəhdətə doğru səsləmişdir. Aşağıdakı ayələrə
diqqət yetirməklə özünüz bu qənaətə
yetişəcəksiniz:
“(Ya Rəsulum!) De18: “Ey kitab əhli, sizinlə bizim
aramızda (mənası) eyni olan bir kəlməyə tərəf gəlin -
“Allahdan başqasına ibadət etməyək. Ona şərik
qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə)
1
Rəbb qəbul etməyək!”.
“Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm
özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana
(Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin
2
də Allahınız birdir”.
Təbliğdə incəsənətdən faydalanmaq
Dinin həqiqətini insanlara çatdırmaq, onları
maarifləndirmək yalnız söhbət, movizə yolu ilə
deyil, incəsənət və sənətkarlıq yolu ilə də olmalıdır.
Çünki insan fitrəti gözəlliyi və cazibədarlığı sevir.
1. Ali-İmran, 64.
2. Ənkəbut, 46.