Page 198 - Pure Life 05
P. 198

/
                    (

                  212  PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)


                     İnsanlar  yalnız  ümumi  məsələlərdə  ortaq  fikrə
                  gələ  bilərlər.  Buna  nümunə  olaraq  bütün  insanlar
                  tərəfindən  həqiqətin  sevilməsini  misal  gətirmək
                  olar.  Adətən  hər  bir  insan,  dinindən  və
                  məzhəbindən  asılı  olmayaraq,  həqiqəti  sevir  və
                  özünü haqqın tərəfdarı kimi qələmə verir.
                     Əməl  vaxtı  gəldikdə  isə  yaşadıqları  mühitə
                  uyğun  və  düşüncələrinə  əsasən  həqiqətə  əməl
                  edirlər.  Elə  bu  əməl  və  rəftarlar  nəticəsində  də,
                  müxtəlif fikirlər meydana gəlir. Bu fikirlər cüzi və
                  bəzən də gözə çarpan fərqlərə malik olurlar. Lakin,
                  bununla belə onların daxilində böyük bir müştərək
                  məna mövcuddur. O məna, həqiqəti sevmək və ona
                  inamdır.  Buna  əsasən  şiə  və  sünnü  arasında  olan
                  bəzi ziddiyyətlərə təbii yanaşmaq lazımdır.
                     Əsas  məsələ,  hər  iki  məzhəbi  dinin  köklü
                  məsələlərində  (Allahın  varlığı  və  birliyi,  İlahi
                  peyğəmbərlik,  axirət  aləmi  və  s.)  həmrəy
                  olmalarıdır.  Bu  isə  onların  arasında  mövcud  olan
                  bir sıra ixtilaflara göz yummaq və birbirinə hörmət
                  etmələri  üçün  kifayətdir.  Axı  nəyə  görə  Allahı,
                  Peyğəmbəri,  Quranı  və  qibləsi  bir  olan,  insanları
                  əxlaq  və  mənəviyyata  dəvət  edən  iki  məzhəb
                  birbirinə qarşı soyuq münasibət göstərməlidirlər?!
   193   194   195   196   197   198   199   200   201   202   203