Page 202 - Pure Life 05
P. 202

(
                      /
                   208  PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)


                     O  yol,  İslamın  həqiqi  maarifini,  gözəlliklərini,
                  insana  verdiyi  dəyəri  və  bu  kimi  faktorları  ortaya
                  qoyaraq,  dinimizin  məntiq  və  əxlaq  sahəsində
                  bütün dinlərdən üstün olmasını, son ilahi və kamil
                  din olduğunu açıqlamaqla mümkündür. Bu iş üçün
                  də insanları oxumağa həvəsləndirmək lazımdır.
                     Doğrudan  da,  kitab  oxumaq,  ideal  cəmiyyətin
                  təməl  prinsipidir.  Mütaliə  etmək,  dinindən,  irqindən,
                  yaşından, mövqeindən, kişi və qadın olmasından aslı
                  olmayaraq hər insanın həyatının bir parçası olmalıdır.
                     Elm olmayan yerdə inkişaf və tərəqqidən söhbət
                  gedə  bilməz.  "Oxu"  əmri  bəşəriyyətə  ilk  ilahi
                  mesajdır.  Bu  gün  bir  çox  müsəlman  ölkələrinin
                  fundamental  problemi  elmə  və  təhsilə  yetərincə
                  əhəmiyyət göstərməmələridir. Halbuki heç bir dini
                  və ya fəlsəfi məktəb İslam dini qədər elmə, alimə,
                  tələbə və müəllimə dəyər verməmişdir.
                     İslam,  alimin  mürəkkəbini  şəhidin  qanından  belə
                  üstün saymışdır. Təbii ki, insani dəyərlərə xidmət edən
                  və  mütəxəssis  şəxslər  tərəfindən  qələmə  alınmış
                  kitablardan söhbət gedir. Əks təqdirdə, yalnış məlumatlar
                  sadəcə cəhalətin çoxalmasına xidmət göstərər.
                     Qısaca  desək,  dünyanın  sürətlə  qloballaşmağa
                  tərəf  getdiyi  yolda,  müdrik  insanın  əsas  vəzifəsi
                  müsəlman        xalqının      intellektual    səviyyəsini
                  yüksəltmək  üçün  səy  göstərməsidir.  Bu  işdə
                  səhlənkarlıq  olarsa,  yadellilər  İslam  ümmətini  öz
                  əcnəbi  mədəniyyətləri  ilə  təsir  altına  salmağa  can
                  atacaqlar.
   197   198   199   200   201   202   203   204   205   206   207