Page 196 - Pure Life 05
P. 196
(
/
214 PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
4. Əziz müsəlmanlar! Vəhdət və birlik hər
bir qrupun arasında olursa-olsun qüdrət və
əzəmət rəmzidir. Pərakəndəlik və ixtilaf isə,
zəiflik və acizlik nişanəsidir. Elə buna görə
də, İslam düşmənləri müsəlmanları
zəiflətmək üçün, onların arasında ixtilaf
salmağa çalışırlar. Çox təəssüflər olsun ki,
xəbis düşmənlərimiz bu çirkin hədəflərinə
nail ola bilmişlər. Zəif nöqtəmizi tapan
düşmən, aramızda ixtilaf salmağa məşğuldur.
Biz sadəlövh müsəlmanlar isə, əsl
düşmənlərimizi yaddan çıxarıb, bir-birimizə
düşmən oluruq. Özümüz də, belə güman
edirik ki, Cənnət, yalnız biz məsləkdarlara
məxsusdur. Lakin bu düzgün deyil. Elə
bizim ən böyük səhvimiz də belə fikirlərdən
mənşələnir.
Halbuki Allahın Cənnəti yalnız pak və təmiz
insanlara məxsusdur.
Əziz müsəlman qardaşlar! Dinimizin bütövlüyü
və müsəlmanların birliyi uğrunda çalışmaq, bizim
önəmli vəzifəmizdir. Mərhəmətli və mehriban
Allah da, bizim hamımızı bağışlayar, inşaallah.
Sadəcə özümüz-özümüzə qənim olmayaq.
Əlbəttə, dediklərimiz doğru bildiyimiz
əqidəmizdən və məzhbimizdən əl götürmək və ya
bir addım belə geri çəkilmək mənasına deyil,
sadəcə qarşı tərəfin inanclarına hörmətlə yanaşma
tövsiyəli xarakter daşıyır.