Page 218 - Pure Life 05
P. 218
/
(
192 PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
Deməli, yaxşı və pisin sonsuzluğa qədər
dərəcələri var. Məs; bir az yaxşı, nisbətən yaxşı,
yaxşı, çox yaxşı, çox-çox yaxşı, əla, əladan da əla
və s. Habelə bir az pis, nisbətən pis, çox pis, faciə
və s. Bu məntiq düşünülmədiyi təqdirdə, sosial və
dini məsələlərdə bir çox ciddi problemlər qabağa
gələcək.
Həmçinin yaxşı və pisin cəhətləri var, misal
üçün: “A” yaxşıdır, yoxsa “B” ?_ sualının cavabı
belə olmalıdır: “Hansı cəhətdən soruşursuz?” Bəzi
cəhətdən “A” yaxşıdır, bəzi cəhətdən “B”. Əlbəttə,
bəzi məsələlər konkret məntiqə malikdir. Məs;
“Allah var, şəriki yoxdur”.
Burada maraqlı iki hadisəni, məsələyə məntiq və
dəlillə yanaşmağın gücünü aydın edən bir hekayəni
qeyd etmək istərdik:
Birinci hekayə
Qədim dövrlərdə İsfahan şəhərində bir qrup lotu
tacirləri incidir, onlara sataşır, müxtəlif formalarda
əziyyət edir və mallarını əllərindən alırdılar.
Orada onların hamısından daha çox əziyyət görən
və zərər çəkən bir tacir var idi. Lotular daim dəvət
edilmədən onun evinə gəlir və yemək tələb edib, eyş-
işrətlə məşğul olurdular.
Tacir təngə gələrək dərdini o zamanın din
xadimlərindən birinə açdı. Din alimi də, məsələni
anlayıb tacirin evinə getdi və lotuların gəlməsini
gözlədi.