Page 220 - Pure Life 05
P. 220
190 / ( PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
"Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab
1
vermərik!" "Allah olacaq işi (möminlərin qələbəsini,
kafirlərin məğlubiyyətini) yerinə yetirmək, həlak olanın aşkar
bir möcüzə (dəlil-sübut) ilə həlak olması, sağ qalanın da aşkar
bir möcüzə (dəlil-sübut) ilə sağ qalması üçün (belə etdi)."
2
Deməli, dini təbliğlə məşğul olan ilahiyyatçı da,
sözlərini məntiqlə bəyan etməli, dəlillərə
əsaslanmalıdır. Necə ki, İslam peyğəmbəri (s) Allah
tərəfindən söylədiyi bütün kəlamların məntiqli və
dəlil-sübuta malik olduğunu buyurur:
3
"De: Mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəm."
Dolğun və dəqiq məntiqi arqumentlərə, dəlillərə
əsaslanan hər bir kəlam, onun bihudə və puç
olmadığından xəbər verir. Ali hədəfə və nəticəyə
malik olmasını çatdırır. İlahiyyatçı bilməlidir ki,
dinimizin kifayət qədər özünü müdafiə etmək
qüdrətinə sahibdir.
İslam dini haqq sözünü insanlara başa salmağa
lazım olan miqdarda dəlil-sübutlara malikdir. Bunları
dərindən öyrənmək və araşdırmaq lazımdır. Belə ali
imtiyazlardan bixəbər olub, yaxud üz döndərib,
insanlara hədə-qorxu gəlmək, hey danlamaq, onların
sualları qarşısında "islamın təhlükəyə düşməsindən"
qorxmaq mənasızdır.
1. İsra, 15.
2. Ənfal, 42.
3. Ənam, 57.