Page 222 - Pure Life 05
P. 222

/
                     (
                    188  PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)

                     Ruhani bilmədiyi məsələni açıq şəkildə etiraf etmək
                  sədaqətinə  malik  olmalıdır.  Kimsə  hansısa  ruhanidən
                  dinə aid hər bir şeyi bilməsini tələb edə bilməz. Bu adi
                  bir  haldır.  Necə  ki,  Quranda  Peyğəmbərə  (s)  tövsiyə
                  edilir ki, insanlara deyin:


                   "De: “Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir.
                        Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən
                                                       1
                                           mələyəm."
                  Məntiqli söhbət
                  İslam dininin ən üstün cəhətlərindən biri də, arqument
                  və  məntiqə  əsaslanmasıdır.  Dinimiz  hər bir  mövzuda
                  söhbət  açarkən,  onu  möhkəm  dəlillər  və  sübutlarla
                  bəyan  etmişdir.  Qurani-kərimin  çoxlu  ayələrində
                  müxtəlif  səthlərdə  və  cürbəcür  mövzularda  məntiqi
                  arqumentlər,  elmi  sübutlardan  söhbət  açılır.  Belə  ki,
                  müqəddəs  kitabımız  daim  insanları  ağıl  və  məntiqə
                  dəvət  edir,  özü  də  dəlil-sübut  və  məntiq  əsasında
                  hökm edir. Qurani-kərimdə bu barədə çoxsaylı ayələr
                  mövcuddur:


                                         ت
                                         ن
                                                 ن
                                   َنيقِداص  ْمُُْك    ْ نِ إ    ْمُكَاهْرُ ب   اوُاه   ْلُ ق
                                                      ت
                      (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru
                                                                  2
                                 deyirsinizsə, dəlilinizi gətirin!"



                  1. Ənam, 50.
                  2. Bəqərə, 111.
   217   218   219   220   221   222   223   224   225   226   227