Page 226 - Pure Life 05
P. 226

(

                      /
                    184  PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)

                     Bu duyğu düzgün yönləndirildiyi zaman, insana
                  inam,  yaşamaq  hissi,  səbirli  olmaq,  insanlığa
                  ehtiram  bəsləmək,  ilahi  və  bəşəri  hüquqları  riayət
                  etmək, xeyirxahlıq,  fədakarlıq,  əfv  etmək,  güzəştə
                  getmək,  laqeyd  qalmamaq,  şəfqətli  və  sədaqətli
                  olmaq,  həmrəylik,  mübarizə  və  sair  kimi  dəyərli
                  xislətlər bəxş edir.
                     Həqiqi  iman,  insanı  aqressivlik,  təcavüzkarlıq,
                  dünyapərəstlik, xəsislik, riyakarlıq, paxıllıq və sair
                  kimi  çirkin  xasiyyətlərdən  qoruyur.  İmanlı  insan
                  yalnız  Allaha  bel  bağlamaqla  müxtəlif  ağır
                  çətinliklərin  öhdəsindən  asanlıqla  gəlir.  Həqiqi
                  iman  insanı  radikallığa,  cinayətə  və  terrora
                  yönəltmir.  Həqiqi  iman,  insanı  paklığa,  təmizliyə,
                  izzət və şərəf dolu həyata yönləndirir.
                     Buna görə də, dinin rolunu qeyd etdiyimiz zaman,
                  onun  haradan  və  hansı  şəkildə  mənimsənildiyinə
                  diqqət etmək lazımdır. Unutmayaq ki, elm və biliyin
                  nəticəsində  yaranan  iman,  xurafata  aparmır.  Hansı
                  iman  ki,  elmsiz  və  bilikiz  yaranıb,  o  iman  mütləq
                  xurafata və fanatizmə aparıb çıxarır.
                     Elmsiz  iman,  insanda  aqressivlik  və  əsəbilik  də
                  yaradır, insanın həyatında problemlər və başqalarına
                  qarşı kobudluq, eləcə öz psixologiyasında iztirablar
                  əmələ  gətirir.  Təsəvvür  edək  ki,  dini  mətnləri
                  öyrənərək, yalnız etiqadı və inamı yüksək səviyyədə
                  olan  ilahiyyatçı,  elm,  ağıl-məntiq,  düşüncə  və
                  uzaqgörənlikdən  məhrum  olduğu  zaman  təhlükəli
                  nəticələr əldə ediləcəkdir.
   221   222   223   224   225   226   227   228   229   230   231