Page 230 - Pure Life 05
P. 230

Müdirin ön sözü


                                    “PURE       LİFE”      jurnalı    bəşərin
                                 həmişəyaşar  mənəvi  həyatına  açılan  bir
                                 qapıdır.  Əl-Mustafa  Beynəlxalq  Virtual
                                 Universiteti  yer  üzündə  ilahi  maarifi
                                 yaymağı öz ülvi vəzifəsi sayır. Allah-təalanın
                                 lütfü ilə sahib olduğu elmi dəyərlər ilə  yeni
                                 bir mənəvi həyatın təməlini qoymağa çalışır.
                                 Dünya  və  axirət  səadətini  təmin  etmək
                                 yolunda addımlayır.

                                    “PURE  LİFE”  jurnalı  universitetin
                                 tələbələri    üçün      də,     elmi-mədəni
                                 fəaliyyətlərini virtual fəzada daha da inkişaf
                                 etdirmək  və  elmi  dillə  ilahi  maarifi  bəşərin
                                 həyatının  müxtəlif  sahələrində  nəşr  etmək
                                 yolunda  gözəl  bir  fürsətdir.  Ümidvarıq  ki,
                                 elm  nurunun  axtarışında  olan  hər  bir  şəxsin
                                 əməyilə, bu elm və mərifət pəncərəsi daha da
                                 faydalı olsun.
   225   226   227   228   229   230   231   232   233   234   235