Page 225 - Pure Life 05
P. 225
Real Və Virtual Aləmdə Çıxış Etmə k/ 185
Buna görə də, dinimizdə daim elm, təfəkkür və
ağıla misilsiz dəyər verilərək, onların zərurətinə təkid
edilir. Qurani-kərimdə buyurulur:
"(Ey Məhəmməd!) De: "Heç bilənlərlə bilməyənlər
(alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən,
1
dəlillərindən) yalnız ağıl sahbləri ibrət alar!"
Ağıl, Allah-təalanın bəşər övladına əta etdiyi ən gözəl
nemətdir. Ağıl insana döğru yolu göstərən və yaxşını
pisdən ayırd etməsinə yardım edən olduqca dəyərli
vasitədir. Təsadüfi deyildir ki, dinimizdə "hər kəsin dini
onun ağlı qədərdir"- deyə buyurulmuşdur. Yaxud
insanların əməllərinin onların ağlını nəzərdə almaqla
dəyərləndirilinəcəyinə və mükafatlandırılacağına diqqət
çəkilmişdir.
Belə ki, ağıllı insanın kiçik əməli, Tanrı dərgahında
ikiqat qəbul olunar. Məhəmməd peyğəmbər (s)
buyurur: "Bütün xeyirlər ağılla dərk edilər. Ağılı
olmayanın dini də olmaz. Belə ki, ağıllı insanın
yatmağı, cahil insanın oyaq qalıb, fəaliyyət
göstərməyindən daha dəyərlidir."
Amma bunu da unutmaq olmaz ki, insan hər nə
qədər öz ağlının qüdrətinə güvənsə də, çoxlu təcrübəsi
və elmi naaliyyətləri olsa da, bütün bunlar onu
xətalardan və səhvlərdən qoruyub saxlaya bilməz.
1. Zumər, 9.