Page 224 - Pure Life 05
P. 224

/

                     (
                  186  PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)


                     Deməli  ağıl  dinin  göstərişlərinə  də  ehtiyaclıdır.
                  Çünki  bir  çox  məsələlər  insanı  yanılda  bilər  və  bu
                  yöndə  dinin,  daha  doğrusu  Tanrının  tövsiyələrinə
                  qulaq asmaq lazımdır.
                     Ona görə ki, Allah hər bir şeydən daha uca və hər
                  məsələyə  daha  agahdır!  O,  bizim  görmədiklərimizi
                  görür, anlamadıqlarımızı olduğu kimi anlayır. Deməli
                  din  və  ağıl-məntiq  ikisi  də  paralel  şəkildə  hərəkət
                  etməlidir.
                     İslamın  zahirinə  diqqət  edərək,  onu  dərindən
                  araşdırmayan  və  bu  yolda  ağlın-məntiqin,  elmin
                  gücündən  bəhrələnməyən  şəxs,  dini  lazımı  şəkildə
                  anlamadığı  üçün  onu  insanlara  naqis  və  birtərəfli
                  formada  təbliğ  edəcəkdir.  Belə  olduqda,  insanlar
                  Allahın  dinini  düzgün  şəkildə  tanımayacaqdır.  İlahi
                  dini təbliğ edildiyi zaman təhrifə uğrayacaqdır. Bunun
                  üçün  də,  hər  bir  ilahiyyatçının  üzərində  böyük
                  məsuliyyət düşür. Qurani-kərimdə buyurulur:

                    "Çünki o zaman siz yalanı dilinizə gətirir, bilmədiyiniz
                       sözü ağzınıza alır və onu yüngül bir şey sanırdınız.
                                                                           1
                        Halbuki bu Allah yanında çox böyük günahdır!"















                  1. Nur, 15.
   219   220   221   222   223   224   225   226   227   228   229