Page 227 - Pure Life 05
P. 227
Real Və Virtual Aləmdə Çıxış Etmək
Müəllif: Dr. Tofiq Əsədov (Azərbaycan)
1
Giriş
Mənəvi həyatı insanlara aşılayan bir mütəfəkkirdə
olması vacib olan ən önəmli xüsusiyyətlərdən biri də,
mütaliə, məntiq və araşdırma ilə real və virtual aləmi
dəqiq tanıyıb, öz müqəddəs amallarını düzgün
metodlarla xalqa çatdırmaqdır. Hətta bir müsəlmanın
yalnız yüksək inanc sahibi olması və əqidəsinə sadiq
qalması kifayət etmir, əqidəsini düzgün və məntiqli
şəkildə mənimsəməsi, fikirlərində fəlsəfi argumentlərə
əsaslanması, təfəkkür sahibi olması, uzaqgörənliyi və
bütün bu dəyərləri gerçək aləmdə olduğu kimi, virtual
həyatda da insanlara ən gözəl üslublarla çatdırması
azru olunan istəklərdəndir.
Açar sözlər: Real, Virtual Aləmdə, Çıxış, Etmək
İntellektuallıq
Mənəvi hisslər, insanın fitri hissidir. İnsan öz
fitrətinə qarşı çıxa bilməz, hansı ki dini inanc bu
fitrətin cövhəri və içi sayılır. Deməli, iman deyilən
bir şey insanın fitrətində və daxilində olan, ağılla
hərəkət etməli olan bir duyğudur.
1. böyük elmi işçisi, Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin,
Qum, iran, tofiq.asadov@inbox.ru