Page 229 - Pure Life 05
P. 229
Baş radaktorun ön sözü
Tədqiqat, elm sahəsində həyat şərbəti rolunu
oynayır. Onun inkişafı elmin sərhədlərinin
genişlənməsi və çiçəklənməsi deməkdir. Tədqiqat və
araşdırma sahəsinə diqqətsizlik etmək, elmi inkişafın
zəifləməsi və sonda tamamilə məhvinə gətirib çıxarır.
Bu da, cəhlin yaranmasına şərait yaradır. Belə ki,
müasir dünyada sağlam tədqiqatın olmamasının
məhsulu olan “modern cəhalətin” şahidi oluruq.
Elmi sahələrin günbəgün inkişafı, daha çox elmi
sahələrə daxil olmağın zərurətini çatdırır. Bu gün,
islam elmlərinin müxtəlif sahələri beynəlxalq aurada
araşdırılmalı və düzgün təqdim edilməlidir.
“PURE LİFE” jurnalı əl-Mustafa Virtual
Universitetinin tələbələrinə öz elmi-tədqiqat
əsərlərini buraya təqdim etmək üçün şərait
yaradaraq, tələbə əsərlərinin elmi səthini inkişaf
etdirməyə və islami-humanitar sahələrdə fəaliyyət
göstərən araşdırmaçıların əlaqələrinin
möhkəmlənməsinə xidmət edir.
““PURE LİFE” jurnalı hər fəsldə, bir
neçə dildə, elektron versiyada elmi məqalələrlə nəşr
edilir. Bu nömrəmizdə, xüsusi buraxılışımız:
“Sosial şəbəkələrin həyatımızdakı rolu və təsirləri”
mözusundadır. Jurnalda Azərbaycan və fars və arabi
dillərində yeddi üstün elmi məqalə mövcuddur.
“PURE LİFE” jurnalı Əl-Mustafa
nəşriyyat şurasının, həmçinin, İran İslam
Respublikası İslam Mədəniyyəti və İncəsənəti
Nazirliyinin fərmanına əsasən, bu jurnal, əl-Mustafa
Beynəlxalq Virtual Universitetinin ilk elmi-tədqiqat
gurnalı olaraq, dəyərli alimlərin və tələbələrin elmi
əsərlərini qəbul edir.