Page 223 - Pure Life 05
P. 223

Real Və Virtual Aləmdə Çıxış Etmək/ 187

                     Nəzərdə  almaq  lazımdır  ki,  dünyada  baş  verən
                  şiddətli ixtilaflar, çəkişmələr, sosioloji problemlər, bir
                  sıra  terror  aktları  və  qətllər,  müharibələr  məhz  dini
                  düzgün  şəkildə  insanlara  çatdırılmamasının  və
                  insanların  cəhalət  içində  "dini  vəzifələrini  icra
                  etmələri" nəticəsində meydana gəlmişdir.
                     Burada  da  ilahiyyatçılar  olduqca  ağır  məsuliyyət
                  daşıyırlar.  Dini  təbliğ  edən  şəxs,  bilmədiyi  və  doğru
                  anlamadığı mətləbləri insanlara din adı altında təqdim
                  etdiyi zaman, bütün bu acı nəticələrin səbəbkarı olur.
                     İlahiyyatçı  şəxs  bilmədiyi  və  geniş  araşdırma
                  aparmadığı məsələlərdə ya bu barədə yüksək təxəssüs
                  sahibi  olan  şəxslərə  müraciət  etməli,  yaxud  da  dərin
                  elmi-dini tədqiqatdan sonra insanları yönləndirməlidir.
                  Səthi  məlumatlarını  önə  çəkərək  yanlış  fikirlərinin
                  üzərində israr etməməlidir. Müqəddəs kitabımız məhz
                  buna görə də, daim insanları diqqətli olmağa çağırır:



                        "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə
                  (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə).
                   Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi
                                                                             1
                     əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır."












                  1. İsra, 36.
   218   219   220   221   222   223   224   225   226   227   228