Page 221 - Pure Life 05
P. 221

Real Və Virtual Aləmdə Çıxış Etmək/ 189



                  "(Ya Rəsulum!) De: (Etdiyiniz əməlin düzgünlüyünü sübut
                   edən) dəlilinizi gətirin. Bu mənimlə olanların (ümmətimin
                                   möhkəm) kitabı (Quran)..."
                                                                1
                     Dinimiz  o  qədər  məntiqi  dəlil-sübutlara  əhəmiyyət
                  verir  ki,  hətta  Qiyamət  günü  belə,  Allah-təala
                  bəndələrindən  etiqadlarını  və  əməllərini  məntiqlə
                  əsaslandırmasını tələb edəcəkdir.
                     Bunun  mənası  bütün  etiqadların  və  rəftarların
                  kökünü məntiq və arqumentlər təşkil verir. Əgər belə
                  olmasaydı,  inanc  və  əməllərin  sorğu-sualı  zamanı
                  məntiqi dəlil-sübut tələb edilməzdi.
                     "(Qiyamət günü) tutarlı dəlilinizi gətirin! -deyəcəyik.
                                                                                2
                   Onlar haqqın yalnız Allaha məxsus olduğunu biləcəklər."
                     Qurani-kərim  insanları  məntiqlə  haqqa  dəvət  edən
                  bir  peyğəmbər  göndərmədən,  onları  cəzalandırmağın
                  doğru olmadığını buyurur.
                     Başqa  bir  ayədə  isə  azğınlığa  düşənlərin  və  nicat
                  tapanların  dəlil-sübutla  qarşılaşdıqdan  sonra  cəza  və

                  mükafata  layiq  olduğunu  bəyan  edir.  Beləliklə  də,
                  bütün nizamın  məntiqi  əsaslara söykənməli olduğuna
                  diqqət çəkir.








                  1. Ənbiya, 24.
                  2. Qəsəs, 75.
   216   217   218   219   220   221   222   223   224   225   226