Page 187 - Pure Life 05
P. 187
İnternetin faydası, zərərləri və zərərlərindən qorunma yolları / 223
Düşünək ki, internet yoxdur və burda
sadalananları internet olmadığı vaxtlardakı kimi
əldə etməyə çalışırıq. Görün nə qədər əlavə məsrəf
çıxacaq. Əgər düzgün istifadə etsək, həm zaman,
həm maddi cəhətdən internetin faydası
danılmazdır.
Məsələn evinizdə oturaraq hər hansı xarici dili
öyrənirsiz ya universitet oxuyursunuz. Bununla
geyimlərinizin, ayaqqabınızın daha gec
köhnəlməsinə, kosmetik vasitələrinizin daha gec
bitməsinə, nəqliyyata və dərs vəsaitlərinə
xərcləyəcəyinizin pulun cibinizdə qalmasına, ən
əsası saatlarla tıxacda qalıb əsəblərinizin
korlanmamasına və zamanınızn boşa getməməsinə
səbəb olursunuz.
İnternet haqqında söz düşərkən, ələxsus
uşaqların isternetdən istifadəsi şüurlu ya şüursuz
şəkildə əksər vaxt tənqid olunur. Lakin
araşdırmalara görə internetdən düzgün istifadə
uşaqlara nəinki ziyan, üstəlik faydalıdır. Bu
faydalar nədən ibarətdir?
8- Müşahidələrimizdən də gördüyümüz kimi hətta
2 yaşında uşaqlar belə artıq telefon, tablet və.s
kimi elektron cihazlarla tanışdırlar, 5 yaşlarında
və daha tez artıq sərbəst şəkildə bu cihazlardan
istifadə edə bilirlər. 7-8 yaşlarında isə oxuma və
yazmağı bildiklərindən bu cihazların istifadəsi
onlar üçün daha da asanlaşır. İnternetin uşaqlara
verdiyi faydaları belə sıralaya bilərik: