Page 184 - Pure Life 05
P. 184
(
/
226 PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
ForensicPsychology.net tərəfindən aparılan
araşdırmalar onu göstərdi ki, insanların bir neçə işi
bir vaxtda etməsi onlarda stressə səbəb olur və
yaradıcılıq qabiliyyətini öldürür.
Online bir mühitdə eyni anda bir çox işin
öhdəsindən gəlmək beynimizə və zehnimizə heç də
yaxşı təsir etmir və bu insanlar depressiyaya
girməyə daha meylli olurlar. Üstəlik, internet
alışqanlığı beynimizdəki ağ maddənin - yəni hafizə
və duyğularımıza aid bacarıqlarımızın işləməsini
təmin edən transmiterlərin azalmasına səbəb olur.
Virtual təcavüz
İnternetin yayılması ilə ortaya çıxan ən mühüm
təhlükələrdən biri də virtual təcavüzdür. Yəni,
internet mühitində insanlara psixoloji təzyiq,
narahat etmə və.s kimi sıxıntılara səbəb olmaqdır.
Almaniya orta məktəblərində şagirdlər arasında
keçirilən sorğuda şagirdlərin 25%nin bu cür
təcavüzə məruz qaldığı öyrənilib. Bu kimi təcavüz
halları təəssüflər olsun ki, hər gün daha da
artmaqdadır. Ələxsus 11-12 yaşında olan uşaqların
bu təcavüzlər nəticəsində intihar etmə faktlarının
çoxluğundan dolayı valideynlər bu mövzuda çox
diqqətli olmalıdırlar.