Page 179 - Pure Life 05
P. 179
İnternetin faydası, zərərləri və zərərlərindən qorunma yolları / 231
İnternet tənhalaşdırır
Virtual həyatı üz-üzə keçirəcəyiniz zamana
dəyişməyin. Yoxsa, sosial həyatdan ayrıla
bilərsiniz. İnsanın texnologiya, araşdırma,
kəşfetmə, yeniləmə və.s kimi maraqlarının
nəticəsində artıq rabitə çox asanlaşıb. Amma bu
asanlığın da bir bədəli olmalı idi və təəssüf ki, oldu
da - insanlar yalnızlığa sürüklənir.
Saatlarla internetdə vaxt keçirən birinin zamanla
öz yaxınlarından uzaqlaşdığı, ətrafına və bir çox
dəyərlərə qarşı etinasızlığı müşahidə edilir.
"İnternetsiz yaşaya bilmərəm" deyənlər ailələrinə,
həyat yoldaşlarına, uşaqlarına və dostlarına
ayırdıqları zamandan daha çoxunu internetdə
keçirirlər. Bəs niyə internetə bu qədər ehtiyac var?
Real həyatda özlərini ifadə edə bilməyənlər
sosial mediada daha rahat olurlar. İnsanın ən
mühüm ehtiyaclarından biri nəzarətdir. Sosial
medialar insana bu nəzarət etməni verir. Yəni,
insanlar sosial mediada fiziki cəhətdən
olmadıqlarından dolayı, istənilən birinin
internetdən gizli istifadə etməsi, özünü gizlətməsi,
əlaqə yaradacağı insanları özünün seçməsi və
həmin insanlara göndərəcəyi mesajlarda nəzarətin
tamamilə əlində olması bu cür şəxslər üçün
olduqca əlverişlidir.