Page 174 - Pure Life 05
P. 174
(
/
236 PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)
Bunu da vurğulamalıyam ki, insanlar ya sabit
psixologiyaya sahib olur və bunun təsiri altında
yaşayır, ya da sonradan qazanılmış zərərli və ya
faydalı psixologiya ilə yaşayır və bununla da yeni
bir şəxsiyyət formalaşdırırlar öz daxili
dünyalarında. Tez dəyişməyi, yeniliklərə can
atmağı, təsir altına düşərək fərqli davranış nümayiş
etdirməyi bacaranlar da az deyil.
Elə məhz bu tip insanlar sosial şəbəkələrdə daha
çox iştirak edir, yeni tanışlar qazanır, virtual
yaxınlıq, dostluq edir, hətta bəzən virtual tanışlarını
real həyatlarına daxil edir, virtual dünyalarını real
həyatdan üstün sayır, maddı, mənəvi zərərə uğrasa
da bunun fərqinə varmaq istəmir.
Sosial şəbəkələrdən yararlanma
Sosial şəbəkələrdən düzgün, əxlaqi dəyərlər
çərçivəsində, informasiya mübadiləsi kimi istifadə
edənlər də az deyil. Ali məktəblərdə təhsil alan
tələbələr hər hansı məlumatı, muhazirəni, dərsin
məzmununu bir-birinə istiifadə etdikləri sosial
şəbəkə vasitəsilə qısa müddətdə göndərə bilir, yeni
baş verən hadisəni, cəmiyyətdə baş verən hadisələri
sosial şəbəkələrdəki paylaşmalar vasitəsilə öyrənə
bilir, xaricdə yaşayan qohumları, dost-tanışları ilə
əlaqə saxlaya bilirlər.