Page 182 - Pure Life 05
P. 182

(
                      /
                    228  PURE LIFE, Vol.3.No.5, (Ramadan Al-Mubarak 1437. Khordad 1395. June 2016)

                     Mütəxəssislərin açıqlamasına görə; uzun müddət
                  monitor arxasında olmaq insanda həzz duyğusu ilə
                  cəza-hədiyyə  mexanizmini  pozur.  Belə  ki,  ilk
                  əvvəllər  1  saat  internetdə  keçirilən  vaxt  insana
                  böyük  həzz  verirdisə,  sonralar  eyni  həzzi  almaq
                  üçün daha uzun müddət internetdən istifadə edirlər.
                     Təəsüf  doğuran  hal  budur  ki,  internetdə  vaxt
                  keçirməyi  hətta  25  saata  qədər  artıranlar  var.
                  Nəticəsi  isə,  həmin  insan,  hansısa  narkotik
                  maddədən  asılı  olan  biri  kimi  davranır.  24  saat
                  internetdə  olmaq,  yemək  içmək  və  digər  mühüm
                  ehtiyaclarını  internetdən  ayrılmadan  qarşılayan
                  insanların      beyinləri     narkotik      aludəçilərinin
                  beyinləri kimi pozulur.
                     Beyinin  əvvəlki  funsiyasını  icra  etməsi  üçün
                  xəstələr  yataq  şəraitində  müalicə  edilirlər.  Bu  cür
                  asılı  insanlar  klaviaturadan  uzaqlaşdıqlarında
                  depressiya  yaşayırlar.  Əgər  yataq  rejimində  hər
                  hansı xüsusi hal orataya çıxarsa, artıq dərmanlarla
                  müdaxilə edilir.

                  Fiziki zərərlər
                  Mütəxəssislərin  dediyinə  görə,  mütəmadi  ekrana
                  baxan böyüklərdə və uşaqlarda göz xəstəlikləri ilə
                  yanaşı, digər narahatçılıqlar da ortaya çıxır. Bu cür
                  uşaqlar daha  az təmiz hava qəbul  edirlər  və digər
                  uşaqlarla oynayaraq enerji sərf etmirlər.
   177   178   179   180   181   182   183   184   185   186   187